FED.az xəbər verir ki, 27 iyun 2018-ci il saat 11.00-da Bakı şəhəri, Mircəlal küçəsi 15 nömrəli ünvanda, səhmdar cəmiyyətin inzibati binasında “Bakelektroqaynaq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi :
•“Bakelektroqaynaq” ASC-nin 2017-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
• “Bakelektroqaynaq” АSC-nin icra və nəzarət orqanlarının seçilməsi.
• Digər məslələr.
Eləcə də bax : Səhmdarlar yenidən toplanır - İCLAS
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
İdarə heyəti