“Bakelektromaşın”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Azərbaycanın şərab şirkəti investisiyanın cəlb edilməsini müzakirə edəcək
FED.az xəbər verir ki, yığıncaq 30 iyul 2021-ci il saat 17.00-da keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. “Bakelektro-maşın”ASC-nin 2019-2020-ci illər üzrə maliyyə -təsərrüfat fəaliyyətinin hesabatı və idarə heyəti üzvlərinin yenidən seçilməsi.
2. Səhmdar cəmiyyətin direktorlar şurasının 2019-2020-ci illər üzrə hesabatı və direktorlar şurasının yeni heyətinin seçilməsi.
3. Təftiş komissiyasının 2019-2020-ci illər üzrə hesabatı və təftiş komissiyasının yeni üzvlərinin seçilməsi.
Səhmdarlar növbəti illik ümumi yığıncağın keçirilməsi və orada iştirak üçün 050-224-70-44 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ünvan- Bakı, Qala qəsəbəsi ,Qala stansiyası.