Dekabrın 6-da Bağdadda “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya”nın 3-cü iclası keçiriləcək.
FED.az xəbər verir ki, komissiyanın iclası çərçivəsində dekabrın 7-də Azərbaycan-İraq biznes-forumu təşkil olunacaq.
Forumda Azərbaycan ilə İraq iş adamlarının əməkdaşlıq əlaqələri, qarşılıqlı sərmayə yatırımı və digər məsələlər müzakirə ediləcək.