Milyader Uorren Baffetə məxsus "Berkshire Hathaway" şirkəti tarixində ən yüksək tam illik əməliyyat mənfəətini açıqlayıb.
Uorren Baffett 758 milyonluq səhmini xeyriyyəyə - BAĞIŞLAYIB
FED.az xəbər verir ki. Buffett səhmdarlara illik məktubunda 2022-ci ili Berkshire üçün "yaxşı" il adlandırıb. Konqlomeratın onlarla müəssisəsi artan inflyasiya və tədarük zəncirinin pozulmasına baxmayaraq, 30,8 milyard dollar əməliyyat mənfəəti əldə edib.
4-cü rübün xalis gəliri bir il əvvəl 39,65 milyard dollardan 54% azalaraq 18,16 milyard dollara və ya A sinifli səhm üçün 12,412 dollara düşüb.
Baffett deyir ki, xalis rəqəmlər aldadıcıdır, çünki bunlara Berkshire-nin portfelində saxladığı investisiyalardan əldə edilən gəlir və zərər daxildir.
Berkshire-ın 2022-ci il üçün xalis zərəri 22,82 milyard dollar olub. Bu, əsasən onun 308,8 milyard dollarlıq portfelinə daxil olan adi səhmlərin qiymətlərinin düşməsini əks etdirir. İlk növbədə, söhbət Apple Inc-in səhmlərindən gedir. (Marja)