Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “SUNQALI” MMC ilə əməkdaşlıq edəcək.
AZPROMO-dan FED.az-a bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən suvenir hədiyyələrinin “trio” (tar, kaman, qaval) mallarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.
Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “SUNQALI” MMC qalib elan edilib və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıb.