İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Fed.az -ın məlumatına görə, müraciətdə bildirilir ki, “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası məqsədilə aşağıdakı rayon və şəhərlərdə kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilib:
Quba-Xaçmaz iqtisadi rayonu üzrə:
- Quba və yaxud Qusar rayonlarından birində istehsal gücü illik 50 min ton olan alma konsentratı zavodunun inşası;
- Quba rayonunun meyvə yetişdirilən əsas kənd və qəsəbələrində kiçik həcmli meyvə emalı (o cümlədən qurudulması) müəssisələrinin yaradılması;
- Qusar rayonunda kiçik və orta həcmli meyvə emalı və meyvə qurutma müəssisələrinin yaradılması;
- Xaçmaz rayonunda kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.
Gəncə-Qazax iqtisadi rayonu üzrə:
- Şəmkir, Tovuz və Goranboy rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.
Aran iqtisadi rayonu üzrə:
- Sabirabad, Bərdə, Yevlax, Zərdab, Neftçala və Ucar rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə:
- Şəki, Oğuz, Qax və Balakən rayonlarında kiçik və orta həcmli meyvə emalı, o cümlədən meyvə qurututma müəssisələrinin yaradılması.
Lənkəran iqtisadi rayonu
- Astara və Masallı rayonlarında kiçik meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.
Dağlıq Şirvan iqtisadi rayonu
- Şamaxı və İsmayıllı rayonlarında meyvə emalı və meyvəqurutma müəssisələrinin yaradılması.
Yuxarı Qarabağ iqtisadi rayonu
- Ağdam, Tərtər və Füzuli rayonlarında meyvə-tərəvəz emalı və meyvəqurutma müəssisələrinin yaradılması.
Aşağıdakı rayon və şəhərlərdə isə kiçik və orta ölçülü ət və süd məhsulları emalı müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilib:
Quba-Xaçmaz iqtisadi rayonu üzrə:
- Xaçmaz, Qusar və Şabran rayonlarında süd emalı.
Gəncə-Qazax iqtisadi rayonu üzrə:
- Şəmkir, Goranboy, Qazax və Samux rayonlarında süd emalı.
Aran iqtisadi rayonu üzrə:
- Sabirabad, Saatlı, İmişli, Ağdaş, Bərdə, Yevlax, Neftçala, Ucar, rayonlarında süd və ət emalı (kəsim).
Şəki-Zaqatala iqtisadi rayonu üzrə:
- Şəki, Oğuz və Balakən rayonlarında süd emalı.
Lənkəran iqtisadi rayonu
- Cəlilabad, Astara və Yardımlı rayonlarında süd emalı.
Dağlıq Şirvan iqtisadi rayonu
- Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarında süd emalı.
Yuxarı Qarabağ iqtisadi rayonu
- Ağdam və Füzuli rayonlarında süd emalı
AZPROMO sahibkarlara müraciət edib
18:28
8 Dek 2017