Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara fərdi yanaşma prinsipi ilə xidmət göstərilməsini davam etdirir.
FED.az xəbər verir ki, AZPROMO-nun əməkdaşları “Azhazelnut” şirkətinin fındıq emalı fabrikində istehsal prosesi ilə tanış olub, məhsul ixracına dəstək göstərilməsi ilə bağlı müzakirələr aparıblar. Bu barədə AZPROMO-dan bildirilib.(marja)