Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa bazarlarını hədəfləyən yerli sahibkarları dəstəkləyəcək.
FED.az xəbər verir ki, bunu AZPROMO rəhbərinin müşaviri Tural Hacılı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar yerli ixracatçılar bazasının hazırlanması gözlənilir.
"Bu bazaya uyğun olaraq biz sahibkarları Avropa, ABŞ, Mərkəzi Asiya və ya "Şərq tərəfdaşlığı" üzv ölkələrinin bazarlarına çıxış üçün zəruri sertifikasiya barədə məlumatlandıra bilərik". - deyə o bildirib.
O vurğulayıb ki, yerli şirkətlərin reallaşdırılmamış ixrac potensialının açılmasına yönəlmiş tədbirlərin keçirilməsi planlaşdırılır.
T.Hacılı qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ümumi ixracda gübrə, polipropilen və digər məhsulların payını artırıb. (Trend)