"Son bir neçə gündə bəzi saytlar “Azpetrol” şirkətinin səhmlərinin Türkiyəli iş adamı, “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri mərhum Erdoğan Dəmirörən tərəfindən alındığı iddia edilən əsası olmayan məlumatlar yayıblar".
Bu barədə FED.az-a “Azpetrol” şirkətindən bildirilib.
“Azpetrol” şirkəti olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir və “Azpetrol”un səhmləri mərhum Erdoğan Dəmirörən tərəfindən alınmayıb".
"Hürriyyət" qəzeti yazıb ki, "Demirören Holding", Azərbaycanda da ən böyük neft paylama şirkəti "Azpetrol"u və ən iri ağır sənaye fabriklərindən "Azereleltroterm"i alıb.