Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru - baş maliyyə inzibatçısı Ruslan Əliyev vəzifəsini tərk edib.
“PMD”nin otel şirkətinə yeni rəhbər - TƏYİN OLUNDU - FOTO
FED.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
R.Əliyevin sözlərinə görə, bundan sonra fəaliyyətini Ukraynanın taksi xidmətləri şirkəti - "Uklon"un Azərbaycandakı törəməsinin rəhbəri kimi davam etdirəcək.
Xatırladaq ki, "Uklon Azərbaycan" MMC bu il 100 min ABŞ dolları nizamnamə kapitalı ilə yaradılıb. Şirkət "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. (Report)