“Azinko Holdinq” şirkətlər qrupuna daxil olan iki şirkət birləşmək qərarına gəlib. Onların qoşulduğu şirkətlərin yalnız adları məlumdur.
FED.az xəbər verir ki, “Bilgəh Otel Tikinti” MMC “Reliance” MMC ilə birləşərək ləğv edilib (VÖEN 1401766831). “SBM-A” MMC həmin metodla “REY” MMC (VÖEN 1700786141) ilə birləşir.
Məlumat üçün bildirək ki, qurumun saytında qeyd edilir ki, “Azinko Holdinq” şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC – “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
© contact