Türkiyədən sürətli çatdırılma xidməti həyata keçirən “Azex Karqo” şirkəti gələn həftədən etibarən növbəti şöbəsini istifadəyə verəcək.
FED.az xəbər verir ki, şirkət müştərilərə daha yaxın və daha əlçatan xidmətin təşkili üçün iyun ayının 22-dən etibarən Bakı şəhəri, Qara Qarayev prospekti, 94F, 102D (Kontakt Home mağazası ilə üzbəüz) ünvanında sayca ikinci şöbəsi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, cari ilin əvvəlindən Azex şirkətində tamamilə yenilənmə işləri aparılıb. Xidmət səviyyəsini artırmaq məqsədilə daxili strukturda köklü dəyişikliklər edilmiş, kadr islahatları aparılmış, anbar sistemi optimallaşdırılmış, mərkəzi sistem təkmilləşdirilmişdir.
Bu ildən yenilənən Azex şirkətinin ən böyük missiyası müştərilərə sürətli xidmət göstərməkdir. Belə ki, İstər Türkiyədən çatdırılma, istərsə də kassada müştərinin gözləmə müddətini minimuma endirməkdir. Türkiyədən sifarişləri 5 iş günü ərzində çatdırmağı hədəfləyən Azex şirkəti müştərilərin kassada gözləmə müddətini 4-6 dəqiqəyə endirməyi planlayır.
Eləcə də şirkət tərəfindən malların gömrük rəsmiləşdirilməsi işi düzgün təşkil edilmiş və malların gömrükdən çıxarılması müddəti 3-4 gündən 24 saata endirilmişdir.
"Arzu etdiyiniz nə varsa Türkiyədən sifariş edin, Azex arzularınızı çatdırsın"
www.azex.az