“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov xaricdə yaşayan azərbaycanlılara müraciət edib.
FED.az xəbər verir ki, V.Muradov bildirib ki, İsveçin Stokholm şəhərində Azərbaycan xalçalarının satışı mağazası fəaliyyətə başlayıb. Bu, xaricdə açılan ilk mağazadır. İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olmasına razılıq verildi. Stokholmda açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlif ölçülü 15 xalça satışa çıxarılıb.
Eləcə də bax:Ölkəmizə ciddi valyuta gətirən quruma çevriləcəyik - MÜSAHİBƏ
Qeyd edim ki, həmin şirkətin sahibi İsveçdə yaşayan bir həmyerlimizdir. Biz belə mağazaların açılmasında maraqlıyıq və Azərbaycan xalçalarının xarici bazarlara çıxarılması üçün həmyerlilərimizə hər cür dəstək verməyə hazırıq. Burda bizim həm biznes, həm də milli maraqlarımız vardır. Biznes tərəfi aydındır. Milli marağımız isə ondan ibarətdir ki, heç bir millətin nümayəndəsi Azərbaycan xalçasını azərbaycanlılar qədər sevə və təbliğ edə bilməz.
“Azərxalça”ın rəhbəri xaricdəki azərbaycanlılara – MÜRACİƏT EDİB
11:52
5 Mart 2019