“Azərsun Holdinq”in rəhbərliyində dəyişiklik olub.
İri daşınmaz əmlak şirkəti FMG-yə yeni direktor - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərsun Holdinq-in Ticari Marketinq Şöbəsinin Direktoru Şəmsi Bayramzadə vəzifəsindən ayrılıb.
Şəmsi Bayramzadə əvvəllər I-KARS şirkətində daxili auditor, Biznesin İnkişafı Meneceri, “IB Training Alliance”da Baş direktor, baş məsləhətçi, təlimçi kimi çalışıb.
“Azərsun” — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır, həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur.