“Azərsun Holdinq” MMC-yə məxsus “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin direktoru Fuad Məmmədov vəzifəsindən azad edilib.
Eləcə də bax: “PAŞA Həyat”da yeni - Təyinat Olub
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Nəbi Paşayevə həvalə olunub.
O, bundan əvvəl holdinqə məxsus “Padarçöl Aqropark”a rəhbərlik edib.
Xatırladaq ki, “Kürdəmir Süd Emalı Zavodu” 2010-cu ildə yaradılıb, ölkənin aparıcı süd və süd məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 15 milyon manatdır. (Report)