“Azərsun Holdinq” MMC-nin nizamnamə kapitalı 41,8% və yaxud 37 milyon 627 min manat artırılıb.
FED.az xəbər verir ki, holdinqin kapitalı 90 milyon manatdan 127 milyon 627 min manata çatdırılıb.
Eləcə də bax:“Azərsun Holdinq”in qazancı - MƏLUM OLUB
Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir sıra müəssisələrə malikdir.
@Report