“Azersun Holding” MMC-nin (Azərsun Holdinq) süd emalı zavodunun rəhbəri dəyişdirilib.
FED.az xəbər verir ki, Rüstəm Rüstəmov Qərib oğlu “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin direktoru təyin edilib.
O bu vəzifədə Bayram Mavisi əvəz edib. B.Mavis 2023-cü ildən zavod direktoru idi. Buna qədər isə zavoda rəhbərliyi Nəbi Paşayev İsmayıl oğlu edib.
Xatırladaq ki, “Kürdəmir Süd Emalı Zavodu” MMC 2010-cu ildə yaradılıb və 15 milyon manat nizamnamə kapitalına sahibdir. Zavod “Azersun Holding”ə məxsusdur. Zavod 1atıq, pasterizə edilmiş süd, sterilizə edilmiş təbii süd, ayran, qatılaşdırılmış şəkərli süd, bişmiş qatılaşdırılmış şəkərli süd, ağ pendir, ərgin pendir və kərə yağı istehsal edir (Banker.az).