“Azersun Holding” MMC-yə daxil olan “Qazax Konserv Zavodu” ASC-nin İdarə Heyətinin sədri dəyişdirilib.
Azərbaycanda tanınmış şirkətin rəhbərliyində – YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mirzə Əhmədov Rəcəb oğlu sədr seçilib. O, bu vəzifədə Ozal Bakırı əvəz edib.
Zavod 2012-ci ildə ölkə prezidenti istismara verilib.
Ümumi sahəsi 4.253 hektar olan müəssisənin illik istehsal gücü 7 000 tondur.
Müəssisənin kənd təsərrüfatı sahəsində kartof əkini həyata keçirilir.
Bundan əlavə ətraf bölgələrdən alınan kənd təsərrüfatı məhsulları dondurularaq ehtiyat deposunda saxlanılır. Depoda dondurulmuş halda saxlanılan məhsullardan feyxua, nar, gilas, albalı, zoğal, yemişan və s. qeyd etmək olar.