FED.az xəbər verir ki, «Azersun Holding» şirkəti Maliyyə departamentinin direktoru vəzifəsinə işçi axtarır.
İş barədə məlumat
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (Pərakəndə sektorunda təcrübəsi olanlara üstünlük verilir);
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
• Beynəlxalq mühasibatlıqla bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, BTP, EVHF, B1, B3, SAP F1 hesabatlarını mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
• İngilis dili biliyi yaxşı səviyyədə olması arzuolunandır.
Namizədə tələblər
• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Şəhər - Bakı
Yaş - 25 - 45 yaş
Cins - Fərqi yoxdur
Təhsil - Ali
İş təcrübəsi - 5 ildən artıq
Elanın bitmə tarixi - 13.10.2019
Əlaqədar şəxs - HR
E-mail - [email protected]
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı Maliyyə departamentinin direktoru qeyd etməklə göndərə bilərlər.