Banner

Biznes

“Azersun Holding” əməkdaşlarının sayını artırmağı planlaşdırır

“Azersun Holding” əməkdaşlarının sayını artırmağı planlaşdırır | FED.az
13:55 16 Mart 2019

“Azersun Holding” MMC-də çalışanların sayının təminən 1 000 nəfərə çatması gözlənilir.

FED.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozal deyib.

O bildirib ki, işçilərin sayının artması planı satışın çoxalması ilə əlaqədardır: "Şirkət əməkdaşlarının sayı tədricən artacaq. Çünki satışı artırırıq”.

A.Goozal yeni zavodların açılması və mövcud zavodların genişləndirilməsinin də planlaşdırıldığını qeyd edib.

Şirkət rəhbəri həmçinin deyib ki, manatın dollar qarşısında məzənnəsi sabit olduğu üçün "Azersun" qiymətlərə yenidən baxmağı düşünmür:"Son vaxtlar ölkədə əməkhaqları artıb. Biz istəyirik ki, daha çox mal satılsın və bundan biz də fayda görək. Əməkdaşlarımızın maaşını artıraq".

 

Banner
Banner

Digər xəbərlər