Ölkənin ən böyük qida istehsalçısı olan “Azersun Holdinq” MMC 2020-ci ildə 72.87 milyon manatlıq xalis mənfəət açıqlamaqla öncəki ili üstələdi.
Eləcə də bax: “AtaHolding”in vergi borcu - 1 Milyona Yaxındır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə holdinqin 2020-ci il üzrə hesabatında bildirilir.
Holdinq və onun törəmə müəssisələrinin il üzrə gəliri 952.07 milyon manat olmaqla öncəki ildən 5.14% az olmuşdur. İri holdinq ötən il satış və xidmətlərin maya dəyərini 12.8% optimallaşdırmaqla 664.87 milyon manata qədər azaltmışdır. Bu da ümumi mənfəətinin öncəki ili 21.2% artmasına səbəb olub.
Bununla belə, satış və paylanma xərcləri 64.13 milyon manat (2019: 46.75 mln.), inzibati və ümumi xərclər 137.98 milyon manat ( 124.45 mln.) maliyyə xərcləri isə 10.77 milyon manat (9.72 mln. manat) olmuşdur.
“Azersun”un vergiyə qədərki mənfəəti 92.23 milyon manat olmuş və buradan da 20.71 milyon manat mənfəət verişi ödəmişdir və nəticədə holdinqin xalis mənfəəti 72.87 milyon manat olmuşdur. Öncəki ildə xalis mənfəətin həcmi 52ş97 milyon manat idi.
Bu xalis mənfəətdən sonra holdinqin 436.58 milyon manata yaxın bölüşdürülməmiş mənfəəti olub.