30 aprel 2025-ci il saat 14.00-da “Azəroksigen”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, toplantı yerinin əlverişsiz şəraitdə olduğunu nəzərə alaraq, yığıncaq onlayn qaydada baş tutacaq.
İclasa qoşulma qaydası yığıncaq iştirakçılarına göndərilən bildirişlərdə qeyd ediləcək.
Ümumi yığıncağın gündəliyi:
1.Cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanın hesabatı.
2.Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi.
3.Cəmiyyətin icra orqanının seçilməsi.
4.Cəmiyyətin təftiş komissiyasının yaradılması.