2018-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin İdarə Heyətinin (İH) sədri Maqsud Tağıyevə 37 900 manat, yəni ayda təxminən 3 150 manat əmək haqqı ödənilib.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Eləcə də bax: “Azərlotereya”-nın xalis mənfəəti 2,6 dəfə artıb
Məlumata görə, hesabat dövründə “Azərlotereya”nın İH-nin sədr müavini Elçin İbrahimov 32 100 manat, yəni ayda 2 675 manat (sədrə ödənilən maaşın 85%-i qədər), İH-nin üzvü və maliyyə şöbəsinin rəisi Hidayət Yarıyev isə 26 700 manat, yəni ayda 2 225 manat (sədrə ödənilən maaşın 70%-i qədər) əmək haqqı alıb.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb.
Report.az