Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb.
Azərbaycanda 913 000 manatlıq cekpot uduldu – TARİXİ UDUŞ - VİDEO
FED.az xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilir ki, “Misli”nin Naxçıvan şəhərində 4 yeni məntəqəsi istifadəyə verilib.
Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib:
“Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin - “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial, böyük inkişaf gördük. Ortaqlarımızla birgə etdiyimiz bu sərmayənin Naxçıvanda həm biznesin, həm idman oyunlarının inkişafına, həm də ticarətin inkişafına faydalı olacağına inanıram”,- Reisoğlu bildirib.
Qeyd edək ki, ölkə ərazisində 180-nə yaxın “Misli” məntəqəsi fəaliyyət göstərir. “Misli” məntəqələrində futbol, basketbol, xokkey, tennis və digər fərqli idman oyunları ilə bağlı təxminlərinizi edə bilərsiniz. Virtual idmana da mərc etmək yalnız “Misli”də mümkündür. Burada həmçinin ani və tirajlı lotereyaların satışı ilə yanaşı, “Ekspres Keno” oyununda hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı təqdim olunur.