İyul ayı ərzində İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalarda 2 böyük Cek Pot udulub .
Eləcə də bax: Azərbaycanda böyük - “Cek Pot” UDULDU
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Belə ki, bir ay ərzində “Azərlotereya” ASC-nin təşkil etdiyi “Zümrüd” ani lotereyasında Quba rayon sakini 100 000 manat və Zaqatala sakini böyük uduş 50 000 manat qazanıb.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereyaları böyük uduşların məbləğlərinə görə fərqlənirlər.