Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib.
FED.az xəbr verir ki, 2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 260,96 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib.
2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya”nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb.
“Azərlotereya”nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub.
Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.