Bir həftə əvvəl ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya”da 100 000 manat udulması ilə bağlı xəbər verilmişdi. İşin maraqlı tərəfi ondadır ki, “Azərlotereya” bir həftədir ki, mükafatı təqdim etmək üçün qalibin gəlişini gözləyir.
İyulda “Poz-Qazan” oyunlarında - 15 BÖYÜK UDUŞ QAZANILIB
FED.az xəbər verir ki, söhbət avqustun 6-da “Azərlotereya”nın "Super Keno" lotereyasının 23317 nömrəli tirajında 100 000 manatı qazanan qalibdən gedir. Şanslı adamdan hələ də bir xəbər yoxdur. O, udduğu mükafatı əldə etmək üçün müraciət etməyib.
Uğurlu bilet Şəkidə yerləşən "Misli" məntəqəsindən alınıb.
Qeyd edək ki, qanuna əsasən uduşlu biletin təqdim edilmə müddəti 150 gündür. Bundan sonra həmin bilet etibarsız hesab edilir.
Ətraflı: