“İnvestAZ” “Azərkosmos”a anderraytinq xidməti göstərəcək.
FED.az xəbər verir ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC “İnvestAZ İnvestisiya Şirkəti" QSC ilə müqavilə imzalayıb.
Müqavilə "Nizamnamə kapitalının artırılması üçün anderraytinq xidmətinin satın alınmasını" nəzərdə tutur. Müqavilənin məbləği 40 min mantdır.
Xatırladaq ki, avqust ayında “Azərkosmos” ASC nizamnamə kapitalının artırılması üçün anderraytinq xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan etmişdi.
“İnvestAZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Marja