Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda məlumat verilib.
Məlumata görə, bu ilin ilk 6 ayında “Azərkosmos” peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. 2018-ci ilin iyun ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 mln. ABŞ dolları olub.
“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.