2025-ci ilin yanvar-dekabr aylarında "AzerGold" QSC xaricə 225,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvvəlki ilin 12 ayı ilə müqayisədə 58,6 milyon ABŞ dolları və ya 35,1% çoxdur.
2024-cü ilim ilin yanvar-dekabr aylarında cəmiyyətin ixracatı 167,1 milyon ABŞ dolları olmuşdu.











