FED.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Çovdar" yatağında görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən mediatur çərçivəsində "AzerGold"un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.
O.Məmmədov qeyd edib ki, ilin əvvəlindən 33 min unsiya qızıl istehsal olunub:
"İlin sonunadək isə bu göstəricini 45 min unsiyaya çatdırmaq planlaşdırılır. Bu, ötənilki səviyyədən 33 faiz çoxdur".
Sədr müavini bildirib ki, bu günədək "AzerGold"un xətti ilə 93 min unsiya qızıl hasil olunub.