Turkcell, Azərbaycandakı şirkətini satdı. "Telia Sonera"nın yaydığı məlumata görə, "Findir Holdings", kapitalının 51,3%-nə sahib olduğu "Azertel"dəki paylarının hamısını Azərbaycan Respublikasına aid "Azintelecom"a 222 milyon avroya satıb.
FED.az xəbər verir ki, Türkcell investisiya portfeli ilə bağlı açıqlamasında Azerclell-i 331 milyon 785 min 600 avro məbləğində dəyərləndimişdi. Saytda bununla bağlı xəbərdə 408 milyon dollar qiymət qoyulmuşdu. Görünür, danışıqlar nəticəsində qiymətdə endirim olub.
FED.az Turkcell-ə istinadən xəbər verir ki, müqavilə imzalanıb.
"Telia Sonera"nın Turkcell-də, "Turkcell Holding" vasitəsilə 24 faiz payı var.
Bununla yanaşı "Telia Sonera"nın “Fintur Holdings B.V”də 58.55% payı var. Bu şirkətdə "Turkcell"in payı isə payı 41.45 faiz səviyyəsindədir.
"Telia Sonera" şirkəti "Turkcell Holding" və "Fintur"dakı paylarını da satacağını elan edib.
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%).
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Telia Sonera", "Turkcell" və "Fintur" vasitəsilə “Azercell”in səhmdarıdır.
"Telia Sonera", öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün Avrasiyadakı aktivlərini satır.