Bu ilin ilk 8 ayında mobil operatorların gəlirləri ötən illə müqayisədə 4%-ə yaxın artıb.
FED.az xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Hesabata görə, 2018-ci ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1188,4 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,4 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2017ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 574,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalışıb. Ötən il bu məbləğ 552,8 milyon manat idi.
“Azercell”, “Bakcell” və “Nar”ın qazancı açıqlanıb
17:11
17 Sen 2018