2 aprel 2026-cı il saat 15.00-da “Mərdəkan Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Sədi Musayev küçəsində (Babək prospekti) “Babək” mərasim evində olacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətdən yeni hüquqi şəxsin ayrılması.
2. Cəmiyyətə məxsus adi, adlı səhmlərin nominal dəyərinin azaldılması.
3. Cəmiyyətin müşahidə şurasının formalaşdırılması.
4. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
5. Digər məsələlər.
Əlaqə telefonu: 055-501-96-66.











