Azərbaycanda qeyri-formal məşğulluğa, qeyri rəsmi işləməyə nəzarətin artması nəticəsində 2019-cu ildə əmək haqqı fondu 42% artıb və bu da 3 milyard manatlıq vəsaitin leqallaşması deməkdir.
FED.az xəbər verir ki, bu barədə Canlı Yayımda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
O qeyri-formal məşğulluğa nəzarət tədbirlərinin gücləndirildiyini bildirsə də, qeyd edib ki, sahibkarların işinə mane olmamaq üçün belə hallar ilk dəfə aşkarlandıqda, cəzalandırmağa deyil, maarifləndirməyə v məlumatlandırmağa üstünlük verilir.