Rusiyanın ən iri banklarından olan "Sberbank"ın startaplar üçün keçirdiyi akseleratorun qalibləri arasında həmyerlimiz Bəhnam Qurbanzadənin yaratdığı son dərəcə maraqlı və faydalı layihə də var.
FED.az məlumat verir ki, Rusiya mətbuatının verdiyi xəbərə görə, layihənin adı "PayZakat"dır. Bu platforma vasitəsi ilə müsəlmanlar zəkat və xeyriyyəçilik işlərinə sərf etmək istədikləri maliyyə vəsaitini ünvanına çatdıra bilərlər.
"PayZakat" insanları onların maliyyə vəsaitinin hara xərcləndiyinə dair detallı və vaxtında məlumatlandırır. Ötən gün keçirilmiş görüşdə "Sberbank" və 500 Startup-ın birgə akseleratorunun rəhbəri Natalya Magidey "PayZakat"ın adını Bankdan dəstək almış uğurlu layihələr sırasında çəkib.
Report