İstanbulda Carrefoursa adlı hipermarket, avtopark və ticarət mərkəzindən ibarət olan 63 min kvadratmetrlik ərazi 145 milyon lirəyə satılıb.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, ərazini azərbaycanlı və qətərli iş adamlarının ortaq olduğu “Re-Pie” Əmlak İnvestisiya Fondu (Re-Pie Gayrimenkul Yatırım Fonu) alıb.
Fondun rəhbəri Həsən Bayhan ərazini aldıqlarını təsdiqləyib. O, bildirib ki, ərazinin gələcəkdə baha qiymətə satılması, kirayə verilməsi və ya orada univetsitet, xəstəxana tikilməsi nəzərdə tutulur: “Biz bu ərazinin qiymətinin 400-500 milyon lirəyə qalxmasını gözləyəcəyik”.
Rəhbərlik etdiyi fonda Azərbaycan və Qətər firmalarının investisiya qoyduğunu deyən Bayhan bildirib ki, anlaşmaya görə həmin pulları 5 ildən tez geri çəkmək mümkün deyil.