Azərbaycan və Çin bu ölkədən internetlə mal alan azərbaycanlılar üçün yeni satış platforması yaradacaq. FED.az xəbər verir ki, bu barədə razılıq Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə «Azərpoçt» MMC-də baş tutan görüşdə əldə edilib. Nazirlikdən verilən məlumata görə, görüşdə çinli qonaq
Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılmasını təklif edib. Bu platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb. Görüşdə bildirilib ki, hazırda e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin sayı çoxdur və birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarı qurula bilər.
Eyni zamanda, internetlə Çindən alınan malların məhsullarının bu ölkədən Azərbaycana "Silk Way" aviaşirkəti vasitəsilə gətirilməsi də müzakirə olunub.
Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.
Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.
Sonda qonaqlar “Azərpoçt” MMC-nin yeni brend olan məşhur “Şəbəkə” xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Azərbaycanlılar üçün yeni satış saytı yaradılacaq – RAZILAŞMA
13:41
20 Sen 2018