2017-ci ildə Türkiyə ərazisində Azərbaycan kapitalının iştirakı ilə 139 şirkət yaradılıb. Onların təxminən yarısı ticarətlə məşğul olur. Bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat verib. Bu şirkətlər təsis edilərkən onların kapitalına 22,7 milyon türk lirəsi yatırılıb. Bunun 20 milyonu Azərbaycandan daxil olub.
İnvestisiyaların təxminən 70%-i 67 ticarət şirkətinə qoyulub. İl ərzində Azərbaycan investorları ümumi kapitalı təxminən 1 milyon 960 min lirə olan 14 emal müəssisəsi, 11 tikinti şirkəti (1,9 milyon lirə), 7 mehmanxana və ictimai iaşə obyekti (710 min lirə), 6 daşınmaz əmlak əməliyyatları müəssisəsi (410 min lirə), 8 nəqliyyat xidmətləri və anbar təsəsrrüfatı şirkəti və s təsis ediblər.
@Turan
Azərbaycanlılar Türkiyədə ən çox ticarət şirkətləri yaradırlar
08:58
12 Fev 2018