Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüş keçirib.
Eləcə də bax: Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın geniş spektri nəzərdən keçirilib.
Bildirilib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət döviyyəsinin artırılması üçün böyük potensial mövcuddur.
N.Turnava qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Onun sözlərinə görə, Gürcüstanda Azərbaycanla birgə 130 müəssisə fəaliyyət göstərir.
Tərəflər iki ölkənin iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin əhəmiyyətindən də söz açıb.
Report