2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə 113,7 milyon dollar dəyərində xurma ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyon dollar 10,6% azalıb.
Qeyd edək ki, 2023-cü ildə 127,2 milyon dollar dəyərində xurma ixrac edilib.
Təkcə dekabr ayında 27,1 milyon dollarlıq xurma ixrac edilib ki, bu da illik müqayisədə 8,7 milyon dollar və ya 24,3% azdır.