Azərbaycanlı sahibkar Türkmənistanda 1,34 milyon ABŞ dolları dəyərində pambıq sapının alınması ilə bağlı sövdələşmə bağlayıb.
Kipr şirkəti Azərbaycandakı nümayəndəliyini - BAĞLAYIR
FED.az-ın məlumatına görə, 1 kiloqramı 2,65 ABŞ dollarına 506,83 ton iplik alınıb. Azərbaycanlı iş adamının adı açıqlanmır.
Ümumilikdə, Türkmənistan Dövlət Xammal və Əmtəə Birjasının çərşənbə günü keçirilən hərraclarında maye qazın və ipliyin satışı üzrə ümumilikdə 3 768 100 ABŞ dolları və 11 939 749,5 Türkmənistan manatı ilə 6 əqd qeydə alınıb.