Rusiyanın «Metalloinvest» şirkətinin baş direktoru vəzifəsinə Nazim Əfəndiyev təyin edilib.
Eləcə də bax: İri holdinqdə yeni Baş Direktor Müavini, Telekom rəhbəri - TƏYİNATI
FED.az xəbər verir ki, o bu vəzifədə şirkətin kommersiya direktoru vəzifəsini də icra edəcək.
Nazim Əfəndiyev 1996-cı ildən «Sibir aluminiumu» şirkətində çalışıb, 2001-ci ildə «NOSTA» və «Uralğskaya stal» şirkətlərinin satış direktoru təyin edilib, 2004-də isə «Uralğskaya stal»ın baş direktoru olub. 2006–2007-ci illərdə «Metalloinvest»in icraçı direktoru işləyib. 2007–2009-da Uralmaş»ın baş direktoru və idarə heyətinin sədri olub. 2010-un iyununda «Uralğskaya stal»ın idarəçi direktoru dəyin edilib, 2011–2012-də «Metalloinvest»in baş direktorunun müavini olub. 2012-nin martından birinci müavin idi.
«Metalloinvest»in əvvəlki baş direktoru Andrey Variçev isə ağır xəstəlikdən sonra 27 apreldə 52 yaşında vəfat edib.