Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının 6 noyabr 2020-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: 825 min manat kapitalı olan - YENİ ŞİRKƏT YARADILIB
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə cəmiyyətinin 2019-cu il üçün illik maliyyə hesabatları, 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi, həmçinin, nizamnamə kapitalı, direktorlar şurası, icra orqanı, yeni redaksiyada nizamnaməsi məsələləri daxildir.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu-(+9942027) 4-05-17;
Ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.
Qeyd edək ki, “AzNar” QSC-nin səhmdarı milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i isə 25 səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.