“Bloomberg Billionaire Index”inə görə, yanvar-fevral aylarında rusiyalı milyarderlərin sərvəti 11 milyard dollar artıb.
FED.az xəbər verir ki, artım dünya fond birjalarında səhmlərin kotirovkasının yüksəlməsi sayəsində mümkün olub.
İndeksə görə, martın 1-i tarixinə Rusiyanın ən varlı şəxsi “Severstali”nin rəhbəri Aleksey Mordaşov olub. Onun sərvətinin həcmi 19,9 milyard dollar təşkil edir. İki ayda Mordaşovun sərəncamında olan pul vəsaitləri 239 milyon dollar artıb.
İkinci yerdə iş adamı Vladimir Potanin gəlir. Onun sərvətinin həcmi 613 milyon dollar artaraq 19,6 milyard dollara çatıb. Üçüncü sırada 18,9 milyard dollar sərvəti ilə Vladimir Lisin qərarlaşıb.
“Top-10”luğa Leonid Mixelson, Viktor Vekselberq, Alişir Usmanov, Andrey Melniçenko, Vahid Ələkbərov, Mixail Fridman, Roman Abromoviç daxildir.
Qeyd edək ki, siyahıda cəmi 27 rus milyarderin adı yeri alıb.
Dünya üzrə “Bloomberg Billionaire Index”inə gəlincə, ən varlı şəxs “Amazon”un sahibidir – Ceff Besoz. Onun sərvətinin həcmi 126 milyard dollardır.