Biznes

Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında - 59-CU YERDƏDİR

Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında - 59-CU YERDƏDİR | FED.az
15:29 17 İyul 2019

Bloomberg.com dünyanın ən varlı iş adamlarının siyahısını yeniləyib.

FED.az Banker.az-a istinadən xəbər verir ki,500 nəfərin yer aldığı siyahıda Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 59-cu pillədə göstərilir. Onun 17,7 milyard sərvəti var.
Eləcə də bax:"Qarpızı Rusiyaya göndərmək iki qat sərfəlidir" – FERMERDƏN AÇIQLAMA

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.

V. Ələkbərov

Bloomberg.com-un iyulun 17-də açıqladığı siyahının lideri “Amazon” şirkətinin sahibi Ceff Bezosdur (ABŞ). O, 125 milyard dollarlıq varidata sahibdir.

İkinci pillədə 108 milyard dollarlıq var-dövlətlə “LVMH” şirkətlər qrupunun (Fransa) prezidenti Bernar Arno gəlir.

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (ABŞ) 107 milyard dollarlıq varidatla üçüncü yerdə qərarlaşır.

Reytinq cədvəlinin dördüncü pilləsində 83,9 milyard dollarla sərmayəçi Uorren Baffet (ABŞ), beşinci pilləsində 79,5 milyard dollarla “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (ABŞ) durur.

Digər xəbərlər