Rusiyada yaşayan Azərbaycanlı milyardçı Fərhad Əhmədova məxsus olan Göyçay Nar Zavodu sahiblərinə dividend verəcək.
FED.az xəbər verir ki, milyardçının atasının adını daşıyan Teymur Əhmədov adına «AzNar» Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının 28 oktyabrda növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda keçiriləcək ümumi yığıncaqda müəssisənin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi, ümumi yığıncaq, icra orqanı və direktorlar şurası haqqında əsasnamə kimi məsələlər müzakirə ediləcək.
Bundan başqa, «AzNar» QSC-nin təsisçiliyi ilə yaradılmış hüquqi şəxs «Kənd» MMC və QSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələlərinə də baxılacaq.