Azərbaycanlı Rusiyada aldığı lotereyadan 100 milyon rubl (1,7 milyon manat) qazanıb.
Azərbaycanda lotereyada 100 min manat udan qalib - 10 GÜNDƏN SONRA TAPILDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Azər Musayevdən gedir.
2023-cü ilin sentyabrında dostu ilə birlikdə Soçidə mağazaya daxil olan Azər Musayev ilk dəfə ani lotereya biletləri alıb. Azər elə yerindəcə qoruyucu təbəqəni silib və Rusiya lotereyalar tarixində rekord məbləğ qazanıb.
“Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, icazə verin, son dəfə cəhd edim. Qoruyucu təbəqəni siləndə sətirdə 5 milyon gördüm. Sevindim, daha çox yoxlamadım və bu məbləği udduğuma qərar verdim. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, əslində 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım” - Azər Musayev bildirib.
O, mükafatı aldıqdan sonra yaxınlarına kömək edəcəyini bildirib, həm də evini təchiz etməyi və avtomobilini yeniləməyi planlaşdırır. Qalib həm də də oğluna möhtəşəm toy etmək arzusundadır.