Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Eləcə də bax: Türkiyə malları rüsumdan azad ediləcəkmi? - MÜZAKİRƏ APARILIR
F.Oktay deyib ki, Güzəştli Ticarət Anlaşmasının bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub.
Apa