Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 25 milyard 244 milyon dolları dəyərində ticarət əməliyyatı aparıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Bu ilin yanvar-sentyabr ayında xarici ticarət dövriyyəsinin 14 milyard 866 milyon dolları ixracın, 10 milyard 378 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,1%, idxal isə 31,3% artıb.
Son nəticə olaraq 4 milyard 488 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,55% azdır.